Ermənistan yaxın 5 il ərzində sülhün möhkəmləndirilməsi çərçivəsində Azərbaycanla ikitərəfli ticarəti inkişaf etdirməyi planlaşdırır.
BEY.AZ xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqram layihəsində qeyd olunub.
Sənəddə Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması və ratifikasiyası, dövlət sərhədinin delimitasiya və demarkasiyasının davam etdirilməsi, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.
