EvXəbərlərErmənistanda əmr verildi: Ağrı dağı bütün loqolardan çıxarılsın

Ermənistanda əmr verildi: Ağrı dağı bütün loqolardan çıxarılsın

Published on

spot_img

Ermənistanda Ağrı dağının görüntüsünü hər yerdən silmək üçün müxtəlif dövlət qurumlarına təlimatlar göndərilib.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilir ki, Ağrı dağının görüntüsünün bütün təşkilatların loqosundan silinməsi tələb edilib. Ona görə də, təşkilatlar yeni loqo hazırlamalı olacaqlar.
Ağrı dağının görüntüsü Ermənistan Milli Politexnik Universitetinin rəsmi loqosundan da çıxarılacaq. Bunun üçün universitetə iyunun 5-nə qədər vaxt verilib.

Müəllif: Tural

Latest articles

More like this