Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesi davam edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunun əksini iddia edənlərə cavab olaraq yaxın vaxtlarda prosesin nəticələrinin görünəcəyini bildirib.
BEY.AZ xəbər verir ki, Mirzoyan oktyabrın 21-də parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında Ermənistanla ABŞ arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişinin ratifikasiyası layihəsinin müzakirəsi zamanı bu barədə danışıb.
“Dövlət sərhədinin delimitasiyası prosesinin olmadığını deyirsiniz. Kim deyib ki, yoxdur? Proses var və bunu yaxın vaxtlarda görəcəksiniz”, – deyə o qeyd edib.
Müəllif: Adəm
