71-ci “Eurovision” Mahnı Müsabiqəsinin 2027-ci ildə Bolqarıstanın Burqas şəhərində keçiriləcəyi açıqlanıb.
BEY.AZ xəbər verir ki, Avropa Yayım Birliyi və Bolqarıstan Milli Televiziyasının qərarına əsasən, müsabiqənin ilk yarımfinalı mayın 11-də, ikinci yarımfinalı mayın 13-də, böyük finalı isə mayın 15-də baş tutacaq.
Yarışmanın əsas məkanı 2023-cü ildə istifadəyə verilən “Arena Burgas” olacaq.
Burqasın Türkiyə üçün də maraqlı xüsusiyyəti var. Şəhərlə Ədirnədəki Hamzabəyli sərhəd-keçid məntəqəsi arasındakı məsafə təxminən 128 kilometrdir və avtomobillə yol təxminən 2 saat 10 dəqiqə çəkir.
Bu, 2004-cü ildə İstanbulda keçirilən yarışmadan sonra “Eurovision”un Türkiyə sərhədinə ən yaxın ev sahibliyi hesab olunur.
Bolqarıstan isə 2026-cı ildə Vyanada keçirilən yarışmada DARA-nın qələbəsindən sonra tarixində ilk dəfə “Eurovision”a ev sahibliyi edəcək.
