Türkiyənin “Fənərbaxça” klubu son mövsümünü “Barselona”da keçirən polşalı hücumçu Robert Levandovskiyə müqavilə təklif edib .
BEY.AZ xəbər verir ki, bu barədə Nikolo Şira məlumat verib.
Müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub və illik 10 milyon avro maaş vəd edilir.
Xatırladaq ki, Levandovskinin İspaniya klubu ilə müqaviləsi 30 iyun 2026-cı ildə başa çatır və bundan sonra o, azad agent olacaq. Polyak futbolçu “Barsa”da 193 oyun keçirib, 120 qol vurub və 24 məhsuldar ötürmə edib.
