Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda təlim keçirib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Təlim şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.
Praktiki təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə şərti köməksiz vəziyyətdə qalmış vətəndaşları “xilas edərək” verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.
Sonda təlimin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

