EvXəbərlərFİFA-dan Misir milli komandasına SƏRT CƏZA

FİFA-dan Misir milli komandasına SƏRT CƏZA

Published on

spot_img

Beynəlxalq Futbol Federasiyası (FİFA) Misir yığmasının dünya çempionatında üzərində yeddi ulduz olan forma ilə oynamasını qadağan edib.
BEY.AZ xəbər verir ki, bu barədə Jurnalist Mayki Cüniyor “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, formalardakı yeddi ulduz Afrika Millətlər Kubokundakı yeddi qələbəni simvolizə edir. Eyni zamanda, FİFA Misir yığmasına qızılı rəngli nömrələrlə meydana çıxmağa icazə verməyib və komandadan daha kontrastlı bir rəng seçməsini tələb edib.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Turnirin son çempionu 2022-ci ilin finalında Fransa millisinə qalib gələn Argentina yığmasıdır.

Mundiala yola düşməzdən əvvəl Misir millisi Rusiya yığması ilə yoldaşlıq matçı keçirib və 1:0 hesabı ilə qələbə qazanıb.

Hüseyn İbadlı

Latest articles

More like this