EvXəbərlərFİFA ingilislərə bu bayrağı qadağan etdi

FİFA ingilislərə bu bayrağı qadağan etdi

Published on

spot_img

FİFA ingilis azarkeşlərə 2026-cı il Dünya Kuboku oyunları zamanı üzərində sualtı qayıq təsvir olunmuş İngiltərə bayrağının tribunalarda dalğalandırılmasını qadağan edib.
BEY.AZ xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Barrou” klubunun bir qrup azarkeşi 2026-cı il Dünya Kubokunda İngiltərəni dəstəkləmək üçün ABŞ-a gəlib.
Onlar özləri ilə ənənəvi “Barrou” bayrağını – şəhərin simvollarından biri olan sualtı qayığı da təsvir edən Müqəddəs Georgi Xaçı gətirdilər.
FİFA hərbi texnikanın təsvirinə qoyulan qadağa səbəbindən belə bir bayrağı tribunaya aparmağa icazə verməyib.

İngiltərə 2026-cı il Dünya Kubokunun ilk turunda Xorvatiyanı 4-2 hesabı ilə məğlub edib.
Tomas Tuxelin komandası ikinci turda 23 iyunda ABŞ-ın Massaçusets ştatının Foksboro şəhərində Qana ilə qarşılaşacaq.

Latest articles

More like this