EvXəbərlərFİFA İspaniyanın ulduzu ilə bağlı araşdırma aparır

FİFA İspaniyanın ulduzu ilə bağlı araşdırma aparır

Published on

spot_img

FİFA İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Qavi haqqında idmançıya yaraşmayan davranış iddiaları ilə bağlı araşdırma başladıb.
BEY.AZ xəbər verir ki, söhbət DÇ-2026-ını finalında Argentina ilə oyunda (1-0) baş verən müxtəlif mübahisələrdən gedir. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin məlumatına görə, Qavi ən azı bir oyunluq cəza ilə üzləşə bilər. İspaniya Kral Futbol Federasiyası (RFEF) artıq apelyasiya şikayəti üzərində işləyir və son tarix 4 avqust çərşənbə axşamı günü müəyyən edilib.
RFEF iddia etmək niyyətindədir ki, ispan oyunçu nəinki qaydaları pozub, həm də argentinalı yarımmüdafiəçi Leandro Paredesin hücumunun qurbanı olub.

Onlar Qavinin hücum nəticəsində yıxıldığını göstərən videoya istinad etməyi planlaşdırırlar.

Latest articles

More like this