Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) “Benfika”nın hücumçusu Canluka Prestianninin cəzasını öz himayəsi altında keçirilən turnirlərə də çamil edəcək.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Rob Harris “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Buna görə də, Prestianni Argentina millisinə çağırılarsa, 2026-cı il dünya çempionatının ilk iki oyununu buraxacaq.
“Benfika”nın oyunçusu Çempionlar Liqası matçında “Real Madrid”in hücumçusu Vinisius Juniora qarşı ayrı-seçkilik etdiyinə görə Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) tərəfindən altı oyunluq (bunlardan üçü iki illik sınaq müddəti ilə) cəzalandırılıb.
Eyni zamanda, UEFA diskvalifikasiyanın FİFA-nın himayəsi altında keçirilən turnirlərə də şamil edilməsini xahiş edib.

