EvXəbərlərFIFA UEFA-nı böhtan kampaniyasında ittiham etdi

FIFA UEFA-nı böhtan kampaniyasında ittiham etdi

Published on

spot_img

Beynəlxalq Futbol Federasiyası (FIFA) Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) təşkilatın rəhbərliyinə qarşı böhtan kampaniyasında ittiham edib.
BEY.AZ xəbər verir ki, bu barədə “The Athletic” portalının yayımladığı FIFA bəyanatında deyilir.
Daha əvvəl jurnalist Rob Harris bildirmişdi ki, UEFA dünya çempionatı hüquqlarının bir hissəsini özəl investorlara satmaq cəhdlərinə görə FIFA prezidenti Canni İnfantinoya qarşı cinayət təqibi başlatmağa hazırlaşır.
“Başlıqları və iş nömrələri olan bu sorğular hüquqi sənədlər kimi rəsmiləşdirilsə də, onlar UEFA-nın FIFA-ya və onun rəhbərliyinə qarşı böhtan kampaniyasını dəstəkləyən mətbuat buraxılışlarından başqa bir şey deyil”, – bəyanatda bildirilib.

İyul ayında məlum olub ki, İnfantino FIFA-nın əsas kişi və qadın yarışlarına nəzarət etməli olan “FIFA Forward Enterprise” şirkətini yaratmaq təşəbbüsü ilə çıxış edib. Təşkilatdan bildirirdilər ki, bu sxem 4,2 milyard dollar cəlb edə və FIFA-ya üzv olan assosiasiyaların gəlirlərini artıra bilər.

Təşəbbüs geniş tənqidlə qarşılanıb. Xüsusən də UEFA, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (KONKAKAF), Asiya Futbol Konfederasiyası və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) onu rədd edib. Daha sonra Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra digər milli federasiyalar bu təşəbbüsü dəstəkləyib.

Latest articles

More like this