EvXəbərlərFİFA-ya qarşı ŞOK İTTİHAM - Azarkeşlərin cibinə belə girirlər

FİFA-ya qarşı ŞOK İTTİHAM – Azarkeşlərin cibinə belə girirlər

Published on

spot_img

Nyu-York və Nyu-Cersi ştatlarının Baş prokurorluqları 2026-cı il futbol üzrə dünya çempionatının bilet satışı ilə bağlı FİFA-ya qarşı rəsmi araşdırmaya başlayıb.
BEY.AZ xəbər verir ki. bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Nyu-Cersinin baş prokuroru Cennifer Devenport FİFA-nı süni qıtlıq yaratmaqda və qiymətləri əsassız şəkildə yüksəltməkdə günahlandırıb:
“FİFA dünya çempionatına bilet almağı böyük bir qarışıqlığa çevirib. Onlar istehlakçıların hesabına süni qıtlıq yaradaraq biletləri həddindən artıq baha qiymətə satırlar”.
Prokurorluq turnirin səkkiz oyunu, o cümlədən final matçı ilə bağlı bilet satışı haqqında ətraflı məlumat tələb edib. Bildirilir ki, aprel ayında FİFA daha əvvəl birinci kateqoriyaya aid olan tribunaların ön sıralarını yeni və daha bahalı kateqoriyaya keçirib. Azarkeşlər təşkilatı manipulyasiyada ittiham edirlər: iddiaya görə, təşkilatçılar əvvəlcə azarkeşlərə daha az cəlbedici yerlər təklif edib, sonra isə ən yaxşı yerləri daha baha qiymətə satışa çıxarıblar.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək. Biletlərin qiyməti 100 dollardan başlayaraq 6370 dollara qədər dəyişir.
Hüseyn İbadlı

Latest articles

More like this