ABŞ-ınavtomobil istehsalçısı “Ford Motor” ölkədə təxminən 420 min avtomobili geri çağırır.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.
Məlumata görə, buna səbəb təhlükəsizlik kəmərlərində aşkar edilən nasazlıqdır. Geri çağırma 2018–2022-ci il istehsalı olan “Ford Expedition” və “Lincoln Navigator” modellərinə aiddir.
Bu avtomobillərdə sürücü və ya ön sərnişin oturacağındakı təhlükəsizlik kəmərinin dartıcı mexanizmi kəmərin hərəkətini bloklaya bilər. Bu da onun düzgün uzanması və ya yığılmasında problemlərə səbəb olur və nəticədə qəza zamanı xəsarət alma riski artır.
