Şənbə günü Fransada baş verən kütləvi iğtişaşlar zamanı təxminən 2,4 min nəfər saxlanılıb.
BEY.AZ xəbər verir ki, bu barədə BFMTV telekanalı Fransanın Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının 1000-ə yaxın əməkdaşı xəsarət alıb.
Nazirlikdən bildirilib ki, ümumilikdə 2397 nəfər saxlanılıb, 997 polis və jandarm əməkdaşı xəsarət alıb. Onlardan yeddisi ağır yaralanıb.
Şənbə günü Fransanın bütün ərazisində yaşayış xərclərinin artmasına və qiymətlərin bahalaşmasına qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib.
Daha əvvəl Fransada genişmiqyaslı etirazlarla əlaqədar Makronun xalqa müraciət etdiyi bildirilmişdi.
Hüseyn İbadlı
