Fransada kruiz gəmisindən təxliyə edilən qadında hantavirus aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Stefani Rist “France Inter” radiosunda bildirib.
Nazirin sözlərinə görə, Fransaya qaytarılan qadında aparılan analizlər hantavirusun müsbət olduğunu təsdiqləyib.
O qeyd edib ki, qadında daha əvvəl virusun yaratdığı xəstəliyin simptomları görülüb və MV Hondius kruiz gəmisində olan bir neçə fransız vətəndaşı ilə birlikdə təxliyə olunub.
Nazir əlavə edib ki, mayın 10-da təyyarə ilə Fransaya gətirilən qadının vəziyyəti son gecə ərzində pisləşib. Məlumata görə, xəstə hazırda infeksion xəstəliklər üzrə ixtisaslaşmış xəstəxanada müalicə olunur. Palatalarda virusun yayılmasının qarşısını almaq üçün xüsusi qoruyucu tədbirlər tətbiq edilib.
Rist həmçinin bildirib ki, Fransada yoluxmuş şəxslə təmasda olan 22 nəfər müəyyən edilərək nəzarətə götürülüb.
Müəllif: Publika.az

