EvXəbərlərFutbol dünyasında qalmaqal: Klub sahibindən dələduzluq etirafı

Futbol dünyasında qalmaqal: Klub sahibindən dələduzluq etirafı

Published on

spot_img

Dünyanın bir sıra futbol klublarına sahib olan “777 Partners” investisiya şirkətinin təsisçisi dələduzluqda günahkar bilinib.
BEY.AZ xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Amerikalı iş adamı Coş Vander Manhettendə keçirilən məhkəmə iclasında elektron poçt fırıldaqçılığı və qiymətli kağızlar fırıldaqçılığında günahkar olduğunu etiraf edib.
Müstəntiqlərin sözlərinə görə, Vander 2020 və 2021-ci illərdə kredit götürərək gəlirini əhəmiyyətli dərəcədə şişirdib.
“Bunu edəndə səhv bir şey etdiyimi bildim və hərəkətlərimdən həqiqətən peşmanam”, – deyə iş adamı məhkəmədə bildirib.

Məhkəmənin hökmünün martın 1-də çıxacağı gözlənilir və Vanderin özü artıq investorlara 500 milyon dollar kompensasiya qaytaracağına söz verib. Onu 40 ilə qədər həbs cəzası gözləyir.
Coş Vanderin təsis etdiyi “777 Partners” şirkəti dünyanın bir sıra klublarına sahibdir: “Standard”, “Vasko da Qama”, “Sevilya” və “Herta”.
BEY.AZ

Latest articles

More like this