EvXəbərlərFutbolçular onu təcrid edib, yeni lider seçdilər

Futbolçular onu təcrid edib, yeni lider seçdilər

Published on

spot_img

İspaniya mətbuatında “Real”ın düşərgəsində atmosferlə bağlı problemlər yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, hücumçu Kiliani Mbappe kollektiv daxilində çətinlik yaşayır. Onun tez-tez təcrid olunduğu bildirilir və bu, hətta meydanda da hiss olunur. Bu barədə “Madrid Universal” məlumat yayıb.
Mənbənin sözlərinəgörə, “kral klubu”nun futbolçuları lider kimi fransızı deyil, Vinisius Junioru görürlər. Baş məşqçi Alvaro Arbeloa Mbappenin zədə səbəbilə yoxluğunda komandada müsbət dinamika formalaşdıra bilib.
Bildirilir ki, Vinisius daha çox məsuliyyət götürərək komanda yoldaşlarını ətrafında birləşdirib. Bu isə Mbappenin İspaniya paytaxtında çıxış etdiyi müddətdə indiyədək bacarmadığı bir şey kimi qiymətləndirilir.

Heybət

Latest articles

More like this