Gənc yaşlarda yaddaşın zəifləməsi çox vaxt orqanizmin fəaliyyətindəki pozuntular və həyat tərzi ilə bağlıdır.
BEY.AZ xəbər verir ki, səbəbi terapevt həkim Yuliya Kondalskaya RT ilə söhbətində açıqlayıb.
“Gənc yaşlarda yaddaşın zəifləməsini dərhal beynin geri dönməz dəyişiklikləri ilə əlaqələndirmək lazım deyil. Gənc pasiyentlərdə neyrodegenerativ xəstəliklərə deyil, daha çox həyat tərzi və orqanizmin ümumi vəziyyəti ilə əlaqəli olan metabolik və stress-induksiya olunmuş funksional pozuntulara təsadüf edilir”, – deyə Kondalskaya vurğulayıb.
Onun sözlərinə görə, yaddaş pozuntularına yuxu rejiminin pozulması, xroniki stress, çoxvəzifəlilik və nəhəng informasiya axını da səbəb olur.
Həkim koqnitiv qabiliyyətləri bərpa etmək üçün sutkada yeddi-on saat yatmağı, müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olmağı, həmçinin siqaret çəkməkdən imtina etməyi tövsiyə edib.
Hüseyn İbadlı
