Braziliyada gözəllik kraliçası Ana Beatriz Araujo Ferreira faciəli şəkildə həyatını itirib.
BEY.AZ xəbər verir ki, NTK hadisə ilə bağlı materiallara istinadən yazıb.
Məlumata görə, hadisə Tokantins ştatının Almas şəhərində qadının anasının evinin həyətində baş verib. Ana Beatriz həmin vaxt qardaşı qızının saçını darayırdı. Bir qədər əvvəl isə o, 5 yaşlı oğlunu çimizdirərək evə göndərmişdi.
Ailənin sözlərinə görə, məhz saç daradığı anda qadını ildırım vurub. Ağır xəsarət alan Ana Beatriz xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Müəllif: Adəm
