Dünyanın ən məşhur video oyunlarından biri olan “Grand Theft Auto” (GTA) ABŞ universitetlərində dərs kimi tədris olunacaq.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, tədris 20 yanvar 2026-cı ildən etibarən Tennessi Universitetində başlayacaq.
“Grand Theft America: US History to Present Through GTA Video Games” adlı kursa tarix professoru Tore Olsson rəhbərlik edəcək.
O, 1980-ci ildən sonra ABŞ-ın mədəni və siyasi inkişafını izah etmək üçün GTA seriyasından kurs materialı kimi istifadə edəcək.
Roza
