EvXəbərlərGünəşdə daha bir güclü partlayış baş verdi

Günəşdə daha bir güclü partlayış baş verdi

Published on

spot_img

Gün ərzində Günəşdə “M” sinfinə aid beşinci güclü apartlayış qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, sonuncu – M4.9 ballıq partlayış təxminən 14 dəqiqə davam edib.
Səhər saatlarından başlayan bu aktivlik silsiləsi Günəşdəki ləkə qruplarında müşahidə olunub.
Qeyd edək ki, “M” sinfi gücünə görə ikinci ən yüksək dərəcədir və bu cür alışmalar Yer kürəsində radioəlaqənin kəsilməsinə və ya maqnit qasırğalarına səbəb ola bilir. Martın sonlarında planetimizdə son onilliyin ən güclü maqnit qasırğalarından biri qeydə alınmışdı.

Alimlərin fikrincə, ulduzumuzun aktivliyi artdıqca yaxın günlərdə Yer kürəsində geomaqnit vəziyyətin dəyişməsi ehtimalı yüksəkdir.
Hüseyn İbadlı

Latest articles

More like this