EvXəbərlərGünəşdə güclü partlayış baş verdi

Günəşdə güclü partlayış baş verdi

Published on

spot_img

Günəş mayın 7-də M sinfinə aid partlayış qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutunun saytında məlumat verilir.
Məlumata görə, Bakı vaxtı ilə saat 19:14-də rentgen diapazonunda 70 dəqiqə davam edən M2.6 səviyyəli partlayış qeydə alınıb.

Your browser doesn’t support video.
Please download the file: video/mp4

Bundan əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyası Yer ətrafında günəş küləyinin sürətinin artması gözlənildiyi üçün 7 və 8 may tarixlərində geomaqnit hadisələrinin ehtimalının nəzərəçarpacaq dərəcədə yüksək olacağını bildirmişdi.

Günəş partlayışları güclərindən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum sinif olan A0.0 Yer orbitində hər kvadratmetrə 10 nanovat şüalanma gücünə uyğundur. Növbəti sinfə keçid zamanı güc 10 dəfə artır. Alimlərin məlumatına görə, ulduzun aktivliyi həmçinin Yerdəki geomaqnit şəraitinə təsir göstərir.
Hüseyn İbadlı

Latest articles

More like this