Gürcüstanda genişmiqyaslı elektrik kəsintisi baş verib.
BEY.AZ xəbər verir ki, paytaxt Tbilisi və digər şəhərlər işıqsız qalıb.
Məlumata görə, paytaxtın demək olar ki, bütün rayonlarında, eləcə də ölkənin bir sıra digər bölgələrində eyni vaxtda elektrik enerjisinin verilişi dayanıb.
Genişmiqyaslı elektrik kəsintisinin səbəbləri hələlik məlum deyil.
