EvXəbərlərHərb tarixində görünməmiş əməliyyat - Mürəkkəb plan işə salındı

Hərb tarixində görünməmiş əməliyyat – Mürəkkəb plan işə salındı

Published on

spot_img

ABŞ bir neçə min hərbçinin cəlb olunması ilə İranın nüvə obyektlərində hərbi əməliyyat keçirilməsi imkanını nəzərdən keçirir.
BEY.AZ xəbər verir ki, bu barədə “New York Post” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ xüsusi təyinatlıları müvafiq əmr alındığı təqdirdə əməliyyata başlamağa hazırdır. Mənbələr sözü gedən əməliyyatı hərb tarixində potensial olaraq ən mürəkkəb əməliyyatlardan biri adlandırırlar.
Gözlənilir ki, quru əməliyyatına minlərlə hərbi qulluqçu cəlb oluna bilər. Onların əsas vəzifəsi nüvə obyektlərini mühasirəyə almaq və onlara hücum etmək olacaq, bu müddətdə xüsusi təyinatlı qüvvələrin kiçik qrupu zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi ilə məşğul olacaq.

Öz növbəsində, “The New York Times” qəzeti vəziyyətlə tanış olan rəsmi şəxslərə istinadla məlumat verib ki, ABŞ xüsusi xidmət orqanları İranın yeni ali lideri Müctəba Xameneyinin nüvə silahının yaradılmasına atasından – Əli Xameneyidən qat-qat çox meyilli olduğunu hesab edirlər.

Hüseyn İbadlı

Latest articles

More like this