EvXəbərlərHərbi qulluqçular üçün sınaq imtahanları keçirilir

Hərbi qulluqçular üçün sınaq imtahanları keçirilir

Published on

spot_img

Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların məharət dərəcələrinin müəyyən edilməsi məqsədilə sınaq imtahanları keçirilir.
BEY.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, imtahanlarda hərbi qulluqçuların ixtisas hazırlığı, fiziki hazırlığı, eləcə də xidməti fəaliyyətləri ilə bağlı digər nəzəri və praktiki bacarıqları qiymətləndirilir.
Sınaq imtahanlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsidir.

Latest articles

More like this