EvXəbərlərHacıqabulda "Diqqət uşaqlar" devizi altında tədbir keçirildi

Hacıqabulda “Diqqət uşaqlar” devizi altında tədbir keçirildi

Published on

spot_img

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin qarantıdır” mövzusunda maarifləndirici görüş keçirilib.
BEY.AZ xəbər verir ki, tədbirdə çıxış edən polis əməkdaşları keçirilən tədbirin əsas mahiyyətinin azyaşlıları yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaq olduğunu bildiriblər.
Tədbir zamanı yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, nişanlardan düzgün istifadə qaydaları haqqında geniş məlumatlar verilib.
Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub, hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarının zəruriliyi çatdırılıb.

Latest articles

Bu işçilərə əlavə pul ödəniləcək

Bu işçilərə əlavə pul ödəniləcək

"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi

"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi

Paytaxt yolları keçilməz oldu

Paytaxt yolları keçilməz oldu

More like this

Bu işçilərə əlavə pul ödəniləcək

Bu işçilərə əlavə pul ödəniləcək

"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi

"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi