Azərbaycan idmançıları Bişkekdə Dünya Köçəri Oyunlarının açılış mərasimində bayraqlarla keçiddə iştirak ediblər.
BEY.AZ xəbər verir ki, müvafiq video Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sosial şəbəkə hesablarında paylaşılıb.
“Dünya Köçəri Oyunlarında Azərbaycan heyətinin qürurlu keçidi! Zəngin milli irsimizi, qədim ənənələrimizi və Azərbaycan ruhunu dünyaya nümayiş etdirən komandamıza uğurlar arzulayırıq!”,- paylaşımda qeyd olunub.
Dünya Köçəri Oyunlarında Azərbaycan heyətinin qürurlu keçidi!Zəngin milli irsimizi, qədim ənənələrimizi və Azərbaycan ruhunu dünyaya nümayiş etdirən komandamıza uğurlar arzulayırıq!#Azerbaijan #WorldNomadGamesA proud moment as Team Azerbaijan marches at the World Nomad… pic.twitter.com/g5JzQ0y2om
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 31, 2026
https://platform.twitter.com/widgets.js
