Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi ilə bir araya gəlib.
BEY.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.
Tərəflər Türkiyə ilə İran arasındakı ikitərəfli münasibətləri, həmçinin regional və qlobal gündəmdəki son prosesləri müzakirə ediblər.
