Kriştiano Ronaldo və Corcina Rodriges gələcəkdə ailələrini böyütməyi düşünürlər. Məşhur cütlük hazırda beş uşaq böyüdür.
BEY.AZ xəbər verir ki, Ronaldo deyib: “Mən heç vaxt “heç vaxt” demirəm”.
“Hazırda evdə başqa bir uşaq çox olardı. Amma ən kiçiyi 15 və ya 16 yaşında olanda biz hələ də gənc olacağıq, bəs niyə də olmasın? Həyatı balaca uşaqlarsız təsəvvür edə bilmirəm, ona görə də görəcəyik”, – deyə Corcina “The Touchline”a bildirib.
Xatırladaq ki, Kriştiano Ronaldo və Corcina Rodriges 11 avqustda evləniblər. Onlar on ildən çoxdur ki, birlikdədirlər.
Hazırda 41 yaşlı Ronaldo “Əl-Nasr” klubunda oynayır.
