Model Bruklin Bekhem həyat yoldaşı Nikola ilə Parisdə gəzinti zamanı fotolar çəkdirib.
BEY.AZ xəbər verir ki, o, lentə alınan fotoları “Instagram”da paylaşıb.
Bruklin Bekhem Nikola Peltsi çiyinlərinə alaraq Paris küçələrində qaçıb. Nikola Peltsi qara şalvar və lələklərlə bəzədilmiş şəffaf kofta geyinib. O, saçlarını açıq saxlayıb və yüngül makiyaj edib.
“Dünyamı daşıyıram”, – Bekhem fotoya şərh yazıb.
Your browser doesn’t support video.
Please download the file: video/mp4
Sentyabrın 5-də məşhurlar 83-cü Venesiya Film Festivalının qonaqları olublar. Model qapalı tədbir üçün kəsik detalları olan mavi, uzun “Balenciaga” donu seçib. Modelin saçları hündür at quyruğu şəklində yığılıb, makiyajı isə təbii üslubda edilib. Viktoriya Bekhemin oğlu qara şalvar kostyumuna, ağ köynəyə, kəpənək qalstuka, ayaqqabılara və eynəyə üstünlük verib.
Hüseyn İbadlı
