EvXəbərlərHökm çıxarıldı: Tanınmış teleaparıcı edam edilir

Hökm çıxarıldı: Tanınmış teleaparıcı edam edilir

Published on

spot_img

Misir məhkəməsi məşhur televiziya aparıcısı Sara Xəlifəni və digər 11 təqsirləndirilən şəxsi narkotik istehsalı və qaçaqmalçılığı ittihamı ilə edam cəzasına məhkum edib.
BEY.AZ xəbər verir ki, bu barədə “Əl-Əhram” məlumat yayıb.
Nəşrin məlumatına görə, təqsirləndirilən şəxslər narkotik istehsalı və onun yayılmasını təşkil edən mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham olunublar. Onlar həmçinin qanunsuz odlu silah saxlamaqda da ittiham olunublar.
Məqalədə qeyd edilib ki, istintaq zamanı hüquq mühafizə orqanları 750 kq-dan çox narkotik maddə və onların istehsalı üçün nəzərdə tutulan xammal müsadirə edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin narkotik laboratoriyalarına çevrilmiş iki mənzil və lisenziyasız silah-sursat aşkar ediblər: “Xəlifə və məlum cinayət əməllərində günahkar bilinən digər təqsirləndirilən şəxslərin hökmdən apelyasiya şikayəti vermək hüququ var”.

Xatırladaq ki, Xəlifə 2025-ci ilin aprelində Qahirədə həbs edilib. O, bir neçə kanalda televiziya aparıcısı kimi çalışıb və Misirdə məşhur media nümayəndəsi sayılır.

Müəllif: Tural

Latest articles

More like this