EvXəbərlərHörmüz boğazı bu halda açılacaq

Hörmüz boğazı bu halda açılacaq

Published on

spot_img

İran ABŞ-ın ölkə limanlarına tətbiq etdiyi blokadanı və Tehrana qarşı hücumları dayandıracağı təqdirdə Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinə icazə verəcəyini açıqlayıb.
BEY.AZ xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
“Boğazın yolu o şərtlə açılacaq ki, Amerika mühasirədən və İrana qarşı təcavüzdən əl çəksin”, – deyə Pezeşkian qeyd edib.
İran Prezidenti Vaşinqtonun hərbi yolla məqsədlərinə çata bilmədiyini və buna görə də blokadaya əl atdığını bildirib.

“Lakin biz dayanmayacağıq. Dəniz yolu bizim həyat yolumuz deyil, elə düşünməsinlər ki, bu hərəkətlərlə bizi təslim edə bilərlər”, – Pezeşkian vurğulayıb.

Latest articles

More like this