ABŞ Hörmüz boğazının açılmasını gözləyir və bundan sonra İranla nüvə proqramı ilə bağlı danışıqlara başlamağa hazır olacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio “The New York Times” qəzetinə müsahibəsində bildirib.
“İranın nüvə proqramı problemini 72 saat ərzində, sadəcə, kağız üzərində həll etmək mümkün deyil. Hörmüz boğazı dərhal açılmalıdır. Bundan sonra razılaşdırılmış parametrlər əsasında uranın zənginləşdirilməsi, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları və İranın heç vaxt nüvə silahına malik olmaması ilə bağlı çox ciddi danışıqlara başlayacağıq”, – deyə o vurğulayıb.
Rubio bununla ABŞ administrasiyasının Tehranın nüvə silahı hazırlamaq imkanını dərhal aradan qaldırmayan müvəqqəti razılaşmaya razılıq verə biləcəyinə işarə edib.
