Hörmüz boğazında gəmi atəşə tutulub.
BEY.AZ xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, mərmi gəminin maşın şöbəsinə ciddi ziyan vurub. Hadisə nəticəsində ekipaj üzvlərindən biri ölüb.
Digər ekipaj üzvlərinə isə hazırda Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilir. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
