“Toyota” şirkəti İrandakı münaqişənin nəticələrinin ona təxminən 4,3 milyard dollara başa gələcəyini gözləyir.
Publika.az xəbər verir ki, Yapon avtomobil istehsalçısı rüblük mənfəətinin təxminən 50 faiz azaldığını açıqlayıb. Həmçinin artan xərclər səbəbindən bu göstəricinin il boyu aşağı düşəcəyi də proqnozlaşdırılıb.
Şirkətin yaydığı bildirilib ki, enerji böhranı fonunda qənaətcil hibrid avtomobillərə tələbat artsa da vəziyyət qənaətbəxş deyil. Hətta bu il onların satışlarının tarixdə ilk dəfə 5 milyon ədədi ötəcəyi gözlənilsə də bu istiqamətdən əldə olunan gəlirlər belə, Hörmüz boğazının bağlanması səbəbindən yaranan tədarük problemlərindən doğan zərərləri kompensasiya etmir.
Şirkətin birinci rübdə əməliyyat mənfəəti 3,6 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə azdır.

