EvXəbərlərİlon Mask trilyonçu statusunu itirdi

İlon Mask trilyonçu statusunu itirdi

Published on

spot_img

Amerikalı sahibkar İlon Maskın sərvəti 957 milyard dollara enib.
BEY.AZ “Bloomberg Billionaires Index” (BBI) reytinqinin məlumatlarına istinadla xəbər verir ki, bununla da o, trilyonçu statusunu itirib.
İndeks milyarderlərin pay sahibi olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.
Son dəyişikliklər zamanı iş adamının sərvəti 118 milyard dollar azalıb.

İyunun 12-də Mask “SpaceX” şirkətinin ilkin kütləvi təklifi (IPO) sayəsində tarixdə ilk trilyonçu olmuşdu. İlkin yerləşdirmə zamanı şirkət rekord səviyyədə 75 milyard dollar vəsait cəlb etmişdi. Ticarət başlamazdan əvvəl Maskın sərvəti 750 milyard dollar qiymətləndirilirdi.

Hüseyn İbadlı

Latest articles

More like this