EvXəbərlərİran ABŞ-ın təklifini cavabsız qoydu

İran ABŞ-ın təklifini cavabsız qoydu

Published on

spot_img

İran hələlik Pakistan vasitəçisi ilə ötürülən ABŞ-ın təklifinə cavab verməyib.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai IRNA agentliyinə məlumat verib.
Onun sözlərinə görə, İran daxil olan ismarıcları nəzərdən keçirir və hələlik Amerika tərəfinə heç bir cavab göndərilməyib.
Mayın 3-də ABŞ, Vaşinqton və Tehran arasındakı danışıqlarda vasitəçi qismində çıxış edən Pakistana İranın müharibənin dayandırılması ilə bağlı 14 bənddən ibarət təklifinə cavabını ötürüb.
Həmin gün İran ABŞ-a müharibənin nizamlanması üçün 14 bəndlik plan göndərib. Tehranın əsas tələbləri arasında sanksiyaların ləğvi və aktivlərin dondurulmasının dayandırılması, təzminatların ödənilməsi, Amerika qoşunlarının çıxarılması və hücum etməməyə dair zəmanətlərin verilməsi yer alır.

Bundan əvvəl respublika rəhbərliyi danışıqlara qayıtmağa hazır olduğunu bildirmişdi. ABŞ Prezidenti isə öz növbəsində İranın təkliflərinin məqbulluğuna şübhə edir və artıq zərbələrin bərpa oluna biləcəyini ehtimal edib.
Hüseyn İbadlı

Latest articles

More like this