İran ABŞ ilə müharibədə qələbə qazandığını bəyan edib.
BEY.AZ “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.
O, “Biz Amerika üzərində qələbə çaldıq və onlar imzalanan memorandumda münaqişəyə son qoyacaqlarını öhdələrinə götürüblər” deyə vurğulayıb.
Nazir müavini ABŞ-ın İrana qarşı tətbiq etdiyi bütün sanksiyaların və qətnamələrin ləğv olunduğunu qeyd edib. Tərəflər həmçinin İslam Respublikasının bərpası məsələsini müzakirə edəcəklər. Bununla belə, Qəribabadi Tehranın Vaşinqtona hələ də etibar etmədiyini və “barmağının daim tətikdə olacağını” vurğulayıb.
Hüseyn İbadlı
