İran Qətərdəki ABŞ hədəflərinə zərbələr endirdiyini bəyan edib.
BEY.AZ xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Hərbi qüvvələr Qətərdə ABŞ-a məxsus obyektləri pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Bununla yanaşı, Küveytdə “Patriot” hava hücumundan müdafiə sistemləri, Bəhreyndə isə ABŞ ordusuna məxsus yanacaq anbarı vurulub.
Hücumlar nəticəsində ölüm və ya yaralanma ilə bağlı rəsmi məlumat yoxdur.
Müəllif: Roza
