İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarının yenidən fəaliyyətini bərpa etməsinə icazə verməyəcək.
BEY.AZ “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun komandanı general-leytenant Əmir Hatəmi danışıb.
“Hər kəs bilməlidir ki, Amerika bazaları heç bir halda əvvəlki vəziyyətinə qayıtmaq iqtidarında deyil və İran heç vaxt buna icazə verməyəcək”,- agentlik Hatəmidən sitat gətirib.
Komandan həmçinin qeyd edib ki, ABŞ Hörmüz boğazından kənarlaşdırılıb.
“Artıq onların Fars körfəzinə, Oman dənizinə və Hörmüz boğazına daxil olmaq icazəsi yoxdur”, – general-leytenant bildirib.
