İran sahillərində yük gəmisi atəşə tutulub.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdindəki Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi məlumat yayıb.
Gəminin kapitanı bildirib ki, hadisə İranın Sirik məntəqəsindən 11 dəniz mili məsafədə baş verib və hücum bir neçə kiçik qayıq tərəfindən həyata keçirilib.
Dəqiqləşdirilmiş məlumata əsasən, gəmi heyəti təhlükəsiz şəraitdədir və ətraf mühitə hər hansı ziyan dəyməyib. Digər təfərrüatlar barədə məlumat verilmir.
Hüseyn İbadlı

