EvXəbərlərİran Ukraynada 3 hədəfi vurmağa hazır olub, amma...

İran Ukraynada 3 hədəfi vurmağa hazır olub, amma…

Published on

spot_img

İranın Ali Liderinin müşaviri Möhsün Rezai bildirib ki, Ukraynanın İran gəmisinə hücumundan sonra Tehran Ukraynadakı üç hədəfi vurmağa hazır olub.
BEY.AZ xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.
Daha əvvəl Ukraynanın 25 iyulda İran ticarət gəmisinə hərbi hücum etdiyi bildirilmişdi. Hücum nəticəsində bir dənizçi həlak olmuş, digəri isə yaralanmışdı.
“Ukraynada üç hədəfi vurmağa hazır idik, amma Kiyev üzr istədikdən sonra hücumu dayandırdıq”, – Rezai bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai avqustun 3-də bildirib ki, İran Ukraynanın Xəzər dənizində gəmiyə qəsdən hücum etdiyinə dair məlumata malikdir.

O, əlavə edib ki, Tehran Kiyevi hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün bütün tədbirləri görəcək.
Müəllif: Tural

Latest articles

More like this