ABŞ yenidən İrana qarşı güclü zərbələr endirmək niyyətindədir.
BEY.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Nə vaxtsa razılığa gəlib-gəlməyəcəyimizi görəcəyik. Ancaq onlara çox güclü zərbələr endirəcəyik”, – deyə Tramp bildirib.
ABŞ lideri hücum qərarını isə belə əsaslandırıb: “Biz İranı çox güclü şəkildə vuracağıq, çünki vurmaq növbəsi bizdədir. Bilirsiniz ki, ötən gecə onlar bizi vurmağa çalışdılar. Saatda 8500 mil sürətlə hərəkət edən beş raketi yerə saldıq. Onlar bunu atdılar, ona görə də növbə bizimdir”.
