İranın Sistan və Bəlucistan əyalətində sünni məzhəbli din xadimi Mövləvi Əbdüləziz Ömərzehi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
BEY.AZ xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, o, ötən gün Zahidan şəhərindəki Məkki məscidindən çıxdıqdan sonra saxlanılaraq naməlum yerə aparılıb.
Din xadiminin daha öncə də etiraz xarakterli çıxışlarına görə saxlanıldığı qeyd olunub.
Müəllif: Roza
