EvXəbərlərİranda yeni partlayışlar baş verdi

İranda yeni partlayışlar baş verdi

Published on

spot_img

İranın Qeşm və Xarq adalarında yeni partlayışlar baş verib.
BEY.AZ xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb.
“Qeşm adasında partlayışların yenidən baş verməsi ilə bağlı xəbərlər gəlir. İranın cənubundakı Xarq adasında da bir neçə partlayış səsi eşidilir”, – deyə məlumatda bildirilir.
İyulun 8-nə keçən gecə ABŞ hərbçiləri İrana qarşı bir sıra zərbələr endirib. Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib ki, hücumlar İslam Respublikasının Hörmüz boğazından keçən üç ticarət gəmisinə zərbələr endirməsinə cavab olaraq həyata keçirilib.

Xəbər verildiyi kimi, Hörmüz boğazındakı İranın Qeşm adasında altı partlayış baş verib. Həmçinin İranın Bəndər-Abbas və Sirik şəhərlərində də bir neçə partlayış qeydə alınıb.

Hüseyn İbadlı

Latest articles

More like this