EvXəbərlərİranın cənubunda silsilə partlayışlar baş verdi

İranın cənubunda silsilə partlayışlar baş verdi

Published on

spot_img

İranın cənubundakı Hormozqan əyalətində yerləşən Sirik şəhəri yaxınlığında silsilə partlayışlar baş verib.
BEY.AZ xəbər verir ki, bu barədə məlumatı İranın dövlət teleradio şirkəti olan “IRIB” yayıb.
Qurumun məlumatına görə, partlayışların mənbəyi və dəqiq yeri hələlik müəyyən edilməyib.
Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp iyunun 12-nə keçən gecə İrana qarşı “çox güclü” zərbələr endirəcəklərini və daha sonra İslam Respublikasının ən böyük neft terminalının yerləşdiyi Xark adasını ələ keçirəcəklərini bəyan etmişdi.

İyunun 10-da Tramp İranı danışıqları uzatmaqda ittiham edərək Vaşinqtonun İslam Respublikasına qarşı genişmiqyaslı hücum həyata keçirəcəyini bildirmişdi. İyunun 11-nə keçən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika hərbçilərinin İrana əlavə zərbələr endirməyə başladığını açıqlamışdı. Daha sonra Tramp Tehranın Vaşinqtonla razılaşmaya gəlməyəcəyi təqdirdə ABŞ-ın İranı məhv edəcəyini bəyan etmişdi.

Hüseyn İbadlı

Latest articles

More like this