“İran tərəfinin nüvə silahından imtinası müvafiq sənədlərdə rəsmi olaraq təsbit ediləcək”.
BEY.AZ xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib. O, “Fox News” telekanalına müsahibəsi zamanı Yaxın Şərqdə münaqişənin nizamlanması ilə bağlı fikirlərini bölüşüb.
Amerika liderinin sözlərinə görə, Tehran heç vaxt nüvə silahına sahib olmayacaq.
“Onlar artıq ona sahib ola bilməzlər, lakin bu, formal olaraq təsbit ediləcək”, – deyə Ağ Evin rəhbəri əlavə edib.
Ötən həftə Tramp ABŞ və İranın avqustun 3-də danışıqlar aparacağını elan etmişdi. Lakin Amerika liderinin sözlərini şərh edən İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmail Baqai bildirib ki, ölkə Birləşmiş Ştatlarla heç bir danışıqlar aparmır və hazırda yalnız Omanla Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı əlaqə saxlayır.
Bununla əlaqədar olaraq Ağ Evin rəhbəri İran hakimiyyətini ikiüzlülükdə ittiham edib. Onun sözlərinə görə, Tehran guya görüşlərin keçirilməsi üçün Vaşinqtona yalvarır, lakin açıq şəkildə hər hansı danışıqların faktını inkar etməyə davam edir.
Hüseyn İbadlı
