İranın paytaxtı Tehran şəhərində zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar mayın 12-də günorta saatlarında qeydə alınıb.
Qeyd edilib ki, zəlzələ Tehranın müxtəlif rayonlarında hiss olunub, lakin xəbərin yayıldığı vaxt təkanların maqnitudası və episentri barədə əlavə təfərrüatlar təqdim edilməyib.
Mümkün dağıntılar, xəsarət alanlar və ya təbii hadisənin nəticələri haqqında hər hansı məlumat yoxdur. İranın rəsmi xidmətləri hələlik seysmik fəallığın xarakteri barədə genişləndirilmiş məlumat yayımlamayıblar.
Hüseyn İbadlı

