İran və Oman su yolundan yalnız bir orta keçidi saxlamaqla Hörmüz boğazından keçidə birgə nəzarət etmək niyyətindədirlər.
BEY.AZ xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Danışıqlar zamanı ölkələr belə qərara gəliblər ki, Hörmüz boğazına giriş İran sahillərindəki şimal dəhlizi, çıxış isə Oman sahillərindəki cənub dəhlizi vasitəsilə həyata keçirilməlidir. Zamanla bu dəhlizlər bağlanacaq və keçid orta dəhliz vasitəsilə həyata keçiriləcək.
Agentliyin mənbəsinin məlumatına görə, gəmilərin girişini İran, çıxışını isə hər iki dövlət birgə tənzimləyəcək. Boğazdan keçidin dəyəri gəmilərin xidmətlərə görə müxtəlif tariflər ödəməsi ilə müəyyən ediləcək.
Qeyd edilib ki, qiymətə sığorta, yanacaq doldurulması, ekoloji xərclər və digər xidmətlər daxil ediləcək.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Hörmüz boğazı bağlanacağı təqdirdə Birləşmiş Ştatlar İrana İkinci Dünya müharibəsindən bu yana görünməmiş zərbə endirməyə hazırdır.
Hüseyn İbadlı
