EvXəbərlərİranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq

İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq

Published on

spot_img

Neftin bir barelinin qiyməti hətta əvvəlkindən də aşağıdır. Biz güzəştlər əldə etmişik, indi əsas məsələ İranın bu güzəştlərə əməl etməsidir. Amma nüvə silahı olmayacaq. Biz zənginləşdirilmiş materialı, yəni nüvə tozunu əldə edəcəyik.
BEY.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, bir daha vurğulayıb ki, İranın nüvə silahı ola bilməz.
“Bildiyiniz kimi, onların imkanlarını tamamilə məhv etdik. Gəmiləri, təyyarələri, radar sistemləri qalmadı. Hörmüz boğazından çıxan gəmilərlə bağlı vəziyyətə nəzarət etdik. Donanmamız çox güclü blokada həyata keçirdi və iki ay ərzində heç bir gəmi keçmədi”.

Tramp hazırda ABŞ-ın blokadanı yumşaltdığını və bəlkə də razılaşmaya yaxınlaşdıqlarını qeyd edib.

“Bilmirəm, görəcəyik. Biz ya razılaşma əldə edəcəyik, ya da işi başa çatdıracağıq. Mən razılaşmaya üstünlük verirəm, çünki 91 milyon insana təsir etmək istəmirəm. Biz onların körpülərini, enerji və elektrik istehsalı obyektlərini çox qısa zamanda sıradan çıxara bilərik. Onlar da bunu bilirlər”, – ABŞ lideri söyləyib.

Latest articles

More like this

Bakıda 14 yolda tıxav var

Bakıda 14 yolda tıxav var

Sevastopolda muzeyə hücumu İngiltərə planlaşdırıb

Sevastopolda muzeyə hücumu İngiltərə planlaşdırıb